Musiqiçilərimiz Fələstində çıxış ediblər

 

   İtaliyalı dirijor Andreya Molinonun rəhbərliyi ilə Drezden Simfonik Orkestri Fələstində - Şərqi Qüdsdə, Cenin və Ramallah şəhərlərində iran bəstəkarı Keyhan Kalhurun “Fələstin simfoniyası”nı ifa edib. Orkestrin tərkibində Azərbaycan ifaçıları Mehri Əsədullayeva (kamança), Nərmin Həsənova (qanun) və Fələstin musiqiçiləri Emil Bişara (ud), Kamil Şəcravi (ərəb violini) və Naif Sərxan (zərb aləti) çıxış ediblər.

   Keyhan Kalhurun “Fələstin simfoniyası” bütün sərhədləri aşaraq insanlarda sabaha ümid yaradır. Əsər özündə İran melodiyaları ilə ərəb xalq musiqisini bir harmoniyada birləşdirərək Avropanın məşhur orkestrinin ifasında kədər və ümidi ifadə edir.

   Layihə Fələstin Mədəniyyət Nazirliyi və Almaniya Federal Mədəniyyət Fondunun dəstəyi ilə reallaşıb.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 4.